Aprelin 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Yeni Gündəm”-ə daxil olan məlumata görə, görüşdə mövcud qarşılıqlı əməkdaşlıq vəziyyəti, gələcək inkişaf istiqamətləri, gömrük xidmətləri arasında təcrübə mübadiləsi, texnoloji avadanlıqların təminatı barədə müzakirələr aparılıb.