Şahmar İbadov yeni vəzifəyə hazırlaşır – Oliqarx məmuru “ADA” Universiteti ilə nə bağlayır?backend

Paytaxda yerləşən “ADA” Universitetinin yeni korpusu üçün tikinti işinin aparılması məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxaəliyev 18 ünvanında yerləşən evlər kompensasiya qarşılığında vətəndaşlardan alınır. Vətəndaşlara verilən kompensasiya ilə bağlı isə narazılıqlar yaranıb.

Məlumata görə söküntü işinə nəzarət edən Nərmanov rayon icra başçısının keçmiş birinci müavini Şahmar İbadov vətəndaşlara “ADA” Universiteti adından hədə-qorxu gələrək, istdəyi kompensasiyanı ödəyir. Bəs kimdir, Şahmar İbadov? Uzun illər Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş İbadov hazırda Prezident Adminstrasiyasının İşlər İdarəsində sektor müdiri vəzifəsində çalışır. Şahmar İbadov var-dövləti ilə seçilən məmurlardandır. Onun obyektləri və özünə tikdirdiyi villalar buna misal ola bilər. Məsələn qalmaqallarda adı hallanan “Ariva” hotelin, Nərimanov rayonunda “Çanaqqala”, “Pürrəngi” , Nərimanov parkının içində yerləşən obyektlərin onun təsir dairəsində olduğu bildirilir. Onu da qeyd edək ki, cənab İbadov biznes fəaliyyətinə hələ 90-cı ilin əvvəllərində Binəqədidə (“pasyolka Kirov”da) başlayıb. Kifayət qədər geniş maddi imkanlara malik olan İbadovun adı ölkədəki FETÖ şəbəkəsi ilə də hallanıb.

”Yeni Gundem” xatırladır ki, Şahmar müəllimin oğlu Elmar İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elmar İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi ona tam bəraət alıb.

Hakim Məhəmmədəli Rzayevin məhkəmə-hüquq sisteminin tarixinə “qızıl” hərflərlə “imza” atdığı bu qərara Şahmar İbadovun zərərçəkmişin ailəsinə hədiyyə etdiyi təzə avtomobil mühüm rol oynayıb. Şahmar İbadovun digər oğlunun isə 555 qeydiyyat nişanlı milyon manatlıq avtomobil kolleksiyası var. Bir sözlə, Şahmar İbadov və oğlanları bu məmləkətdə nə lazımdırsa edirlər. Bunlar üçün qayda-qanun-zad kağız üstündədir.

Məlumata görə, qalmaqallı tarixçəyə malik İbadov rayonların birinə icra başçısı və ya nazir müavini getməyə hazırlaşır.

Namiq Əliyev,

Busaat.az