Şahmat üzrə Azərbaycan milli komandası Avropa çempionu olubbackend

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub.

“Yenigundem” “Report” a istinadən xəbər verir ki, bu nailiyyət Yunanıstanın Krit adalarında az əvvəl başa çatan nüfuzlu yarışda əldə olunub.

Sonuncu turda Azərbaycan yığması Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib – 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan olunub. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.

Avropa çempionatı, IX tur

16:00. Azərbaycan – Ukrayna – 2:2

Şəhriyar Məmmədyarov – Pavel Elyanov – 0,5:0,5

Yuri Krivoruçko – Teymur Rəcəbov – 0,5:0,5

Arkadi Naydiç – Ruslan Ponomaryov – 0,5:0,5

Yuri Kuzubov – Rauf Məmmədov – 0,5:0,5

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.

Yenigundem.Az