backend

“Qarabağ” klubu rəsmi olaraq qapıçısı Şahruddin Məhəmmədəliyevlə vidalaşıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, Şahrudin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubuna transfer olub:

“2016-cı ildən komandamızda çıxış etmiş Şahrudin Məhəmmədəliyevə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!”, – deyə məlumatda qeyd olunub.