Şahruddin Məhəmmədəliyev: “Xəyal qurma, amma çalış”backend

Azərbaycan millisinin və Türkiyənin “Adana Dəmirspor” klubunun futbolçusu Şahruddin Məhəmmədəliyev “Instagram” hesabında paylaşım edib.

29 yaşlı qolkiper məşqdən görüntülərini yayımlayıb.

Məhəmmədəliyev postda “Xəyal qurma, amma çalış” yazıb.

Qeyd edək ki, qapıçı Adana təmsilçisinin heyətində Superliqada bir qarşılaşmada meydanda olub.

O, V turda “Kasımpaşa”ya 1:2 hesabı ilə uduzduqları matçda digər qolkiper Ertaç Özbir birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün oyuna daxil olub.

Oxu.az