Sakinlər “Azərişıq” ASC-dən və Vüqar Əhmədovun fəaliyyətindən narazıdırlar – ŞİKAYƏT / VİDEObackend

Sakinlər “Azərişıq” ASC-dən narazıdırlar.

“Yeni Gundem” xəbər verir ki, Müştəriyəm Şikayətim var səhifəsinin izləyicisi Eldar Ağayev “azərişıq” asc-nin yarıtmaz fəaliyyətindən narazı olduğunu bildirib.

Qeyd edək ki, “azərişıq” asc-nin sədri Vüqar Əhmədovdur.

Vüqar Əhmədov 2020-ci ildə vəzifəyə təyin edilib, həmin ildən bu günə qədər sakinlər “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yarıtmaz fəlaiyyətindən narazıdırlar.

Şikayət mətnini olduğu kimi təqdim edirik:

Salam.Şikayətim Azərişıq ASC-dən dir.Artıq neçənci şikayətdir xatırlamıram.Hər dəfə sayğaca pul vuranda gərək zəng,xahiş minnət edəsən ki,sən Allah o halal pulumuzu vurun sayğacın balansına işıq üzü görək.Başa düşmürəm əgər bu sayğac düzgün işləmirsə,şikayət çoxdursa bunu yığışdırın getsin də.Normal,əvvəl necəydi elə olsun.Kimsə pul qazanacaq,kiminsə malı satılacaq deyə bu millət niyə əziyyət çəkməlidir?Dərdimizi kimə deyək,hara şikayət edək bilmək olmur.Özlərinə yazırsan,zəng edirsən deyirlər qeydə aldıq amma hələ 2 gündür nə balansda pul var nə bir şey.Sadəcə,biyabırçılıq.