Sakinlər Suraxanı rayon İcra Hakimiyyətini məhkəməyə verdibackend

Suraxanı rayon sakinləri torpaq mübahisəsi səbəbindən rayon icra hakimiyyəti ilə problem yaşayırlar. Bu səbəbdən bir neçə rayon sakini icra hakimiyyətini məhkəməyə verib.

”Yeni Gundem” xəbər verir ki, icra hakimiyyəti ilə bağlı məhkəmədə iddianı rayon sakini Orucova Sevda Rəfi qızı və Quliyev Mirzə Pirverdi oğlu qaldırıb. Hər iki işin mahiyyəti inzibati orqanın aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Sakinlər icra hakimiyyəti ilə torpaq münasibətləri səbəbindən problem yaşayır.
Hər iki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 10 oktyabr tarixinə təyin edilən prosesin birinə hakim Kamran Əkbərov, digərinə isə hakim Cahangir Yusifov sədrlik edəcək.

Qeyd edək ki, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevdi.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.