Sakinlər yaşaya-yaşaya binanı sökürlər – VİDEObackend

Nizami rayonu, Rüstəmov 26 ünvanında yerləşən binada yaşayış ola-ola “Qismət – M House MMC” tikinti şirkəti söküntü işləri aparır.

”Yeni Gundem” xəbər verir ki, bina sakinləri Apa Tv-nin qaynar xəttinə müraciət edərək şikayətlərini bildirib.

Sakinlərin sözlərinə görə, “8 aya yaxındır ki, söküntü işlərinə başlanılıb. alt mərtəbələri söküblər deyə soyuqdan sakinlərin çoxu xəstəxanadadır. Bizi hədələyirlər ki, məhkəməyə milyonlar tökəcəyik”.

Daha ətraflı video materialda: