Salyan sakinində 2.5 kq metamfetamin və marixuana aşkarlandıbackend

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elvin Hacıyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Yeni Gundem”-ə verilən məlumata görə, onun üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı ümumi çəkisi 2 kiloqram 500 qramdan artıq olan psixotrop maddə metamfetamin və marixuana aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.