Salyanda avtomobillər toqquşub, xəsarət alanlar varbackend

Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Hadisə rayonun Stansiya yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, “Jiqulu” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1998-ci il təvəlüdlü Məmmədli Fərid Elşən oğlu və 2003-cü il təvəllüdlü Ələkbərov Ceyhun Seymur oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Report