Salyanda iki hərbçinin dəm qazından ölməsi faktı ilə bağlı araşdırma aparılırbackend

Dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə “Yeni Gundem”-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.