3 saylı RMTM-nin Salyan mesəbəyliyinin 3 saylı dolayında 3,8 ha sahədə iydə, meliya, ağcaqayın və göyrüc cinslərindən olmaqla 4750 ədəd ting əkilib.
Salyan rayonunun Quyçu kəndinin ərazisində keçirilmiş ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov, Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi və əməkdaşları, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyi və əməkdaşları, bələdiyyə və icra nümayəndələri iştirak ediblər.
Sonda regionlarda yeni meşə əkinlərinin salınması ilə bağlı fikir mübadiləsi aparılıb.