Səbinə 190 manat aldığına görə onu qınayanları belə təhqir etdi – Video 18+
Telegram
Özünü vayner kimi təqdim edərək bayağı videolarla instaqramda gündəmdə qalmağa çalışan Səbinə Kətanovanın 190 manatlıq birdəfəlik ödəmə üçün müraciət etməsi və istəyinə nail olması haqlı olaraq cəmiyyətdə birmənalı qarşılanmayıb.
“Yeni Gündəm” xəbər verir ki, sosial şəbəkələrdə bahalı həyat tərzi ilə diqqətləri öz üzərinə çəkməyə çalışan Kətanova, ayıbına kor olmaq əvəzinə, onu qınayanları sərt şəkildə təhqir edib. O, bu barədə instaqram hesabının “story” bölməsində video paylaşaraq, açıq-aşkar həm dövlətin adından çıxış edib, həm də öz adından qeyri-etik ifadələr səsləndirib.
Təbii ki, Səbinənin rəsmi olaraq işsizlik və digər meyarlara görə bu hüququndan istifadə etməsində elə də qeyri-adi heç nə yoxdur. Sadəcə, qəbul edilməyən, qıcıq yaradan onun 190 manat təyin olunduqdan sonra etdiyi davranışlardır.
Məsələn, 40-50 min manat civarında olan lüks avtomobilində çəkdirdiyi şəkli paylaşarkən “190 manat alanda mən” yazmamalı idi. Bu, ən azından vicdan məsələsidir. Çünki düşünməlidir ki, o, bu məbləği alıb lüks avtomobilində və evində kef çəkdiyi bir vaxta, kimlərsə bu yardıma həm möhtacdır, həm də acdır.
Səbinənin xoş olmayan davranışı eyni zamanda dövlətin pandemiya dövründə vətəndaşların sosial rifahını yaxşılaşdırmağa doğru atdığı addımlara birbaşa kölgə salır. Yəqin ki, hüquq-mühafizə orqanları vətəndaşları təhqir etdiyinə, eyni zamanda dövlətin adından çıxış etdiyinə görə vaynerlə bağlı ölçü götürəcək.