Milli Məclisin deputatı Səbinə Salmanova AzTV-nin efirində yayımlanan “Parlament saatı” verilişinin qonağı olub.
Deputat Milli Məclisin sədri Sahibə xanım Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin İtaliya Respublikasına rəsmi səfəri barədə fikirlərimi bildirib.
Səbinə Salmanova hesab edir ki, Sahibə xanımın rəhbərliyi ilə İtaliyaya səfərimiz uğurlu və məhsuldar oldu. Bu səfər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın və parlamentlərarası münasibətlərin inkişafına böyük töhfə verəcək.