Səbuhi Əhmədli qətlə yetirildibackend

Martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə “Yeni Gundem”-ə DİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edilir ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.