54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən seçilmiş deputat Sadiq Qurbanova seçiciləri şeir həsr edib.
“Yeni Gündəm” həmin şeiri sizə təqdim edir.
——————————————
Yolun düşsə Siyəzənə birdə gəl
Verdiyin vədələr dildə qalıbdır.
Son gəlişin ötən ildə qalıbdır.
Seçicilər gözü yolda qalıbdır.
Son qoymaqçün bu hicrana dərdə gəl
Yolun düşsə Siyəzənə birdə gəl
—————————————-
Döyüş bitib müharibə sovuşub
Millətimiz qələbəyə qovuşub
Kədər sevinc bir-birinə qarışıb
Heç olmasa xeyrdə gəl şərdə gəl
Yolun düşsə Siyəzənə birdə gəl
—————————————–
Seçki vaxtı seçiciyiə baxılır
Seçiləndən sonra hamı yox olur
Deputatsan gündüz işin çox olur
Vaxtın olsa gecə saat 1 də gəl
Yolun düşsə Siyəzənə birdə gəl
—————————————–
İstəmirik bizə hesab verəsən
İnsaf olsa bizə cavab verəsən
Seçki deyil bizə kabab verəsən
Heç olmasa daminoya nərdə gəl
Yolun düşsə Siyəzənə birdə gəl