Xərçəngin bəzi erkən əlamətləri var ki, onların vaxtında fərqinə varmaq böyük əhəmiyyət kəsb edir.
200-dən çox xərçəng növü olduğu üçün hansı simptomlara diqqət yetirəcəyinizi bilmək biraz çətindir. Ancaq bu da aydın məsələdir ki, xərçənglə bağlı xəbərdarlıq əlamətlərini nə qədər tez aşkar etsəniz, bir o qədər yaxşıdır. Çünki xərçəngin erkən mərhələdə aşkarlanması həyatı xilas edə bilər.
Simptomlar kilo itkisi və yorğunluq kimi daha ümumi ola bilər və ya dərinizdə dəyişikliklər hiss oluna bilər. Digər ümumi xəbərdarlıq əlamətlərinə şiş, səbəbi bilinməyən qanaxma və ya uzun müddət davam edən şişkinlik daxildir.
Mütəxəssislər səhərlər çarşaflarda və yastıqlarda müşahidə edilə bilən xərçəngin az bilinən əlamətinə qarşı xəbərdarlıq edirlər.
”Yeni Gundem” “medicina”ya istinadən xəbər verir ki, gecə tərləmələri xərçəngin erkən əlaməti ola bilər.
Yatarkən həddindən artıq tərləmə olub-olmadığını öyrənmək üçün səhərlər döşəyinizi yoxlamaq məsləhət görülür. Çarşaflarda və yastıqda nəmişlik varsa, bu xərçəngə işarə edə bilər.
Xərçəng araşdırmalarına görə, infeksiya xərçəngli insanlarda tərləmənin ən çox görülən səbəblərindən biridir. İnfeksiya yüksək temperatura səbəb olur. Çünki orqanizm onu azaltmaq üçün tərləyir.
Bəzi xərçəng növləri də adi haldan daha çox tərləməyə səbəb ola bilər. Bunlara aşağıdakı xərçəng növləri daxildir:
– Hodgkin olmayan lenfoma
– Hodgkin lenfoması
– Karsinoid şişlər
– Lösemi
– Mezotelyoma (Ağciyər membran xərçəngi)
– Sümük xərçəngi
– Prostat xərçəngi
– Böyrək xərçəngi
– Germ hüceyrə şişləri
– Qabaqcıl mərhələ medullar tiroid xərçəngi
Xərçəng müxtəlif simptomlarla özünü göstərə bilər. Sizin üçün nəyin normal olduğunu bilmək və sağlamlığınızdakı hər hansı dəyişiklikdən narahat olduğunuz halda həkiminizə məlumat vermək vacibdir. Tərləmə mütləq xərçəng olduğunuz demək deyil, lakin sizin üçün normal deyilsə, həkiminizlə danışmaq vacibdir.
Britaniya Milli Səhiyyə Xidməti (NHS) bildirir: “İnsanların çoxu gecə boyu tərləyir. Əgər siz müntəzəm olaraq yaş çarşaflarla yuxudan oyanırsınızsa, mütləq yoxlanmalısınız. Otağınız çox istidirsə və ya çarpayınız narahatdırsa, gecə tərləməyiniz normaldır. Gecə tərləməsi yatdığınız yer sərin olsa da, paltarınızın və yatağınızın islandığı hallarda təhlükəlidir”.