Səhiyyə Nazirliyindən üçüncü doza vaksinlə bağlı açıqlamabackend

“İki doza vaksin almış şəxslərdə əmələ gəlmiş immunitet, anti-cisimlər vaxt getdikcə daha azalır. Bu, immun sistemi zəif olan şəxslərdə daha tez azalır”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Baş infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, üçüncü doza gücləndirmə dozasıdır, yəni yaranan anti-cisimlərin sayını artırmaq məqsədi daşıyır:

“İlk növbədə üçüncü doza vaksin olunmalı şəxslər tibb işçiləridir, xüsusilə də COVID-lə mübarizə aparan həkimlər, daha sonra 60 yaşdan yuxarı olanlar, müəyyən xəstəliklər səbəbindən immun sistemi zəif olanlardır. Bu şəxslərə üçüncü doza məcburi deyil, sadəcə tövsiyə edilir. Dövlət üçün insan sağlamlığı ön plandadır. Dünya təcrübəsi, Rusiya, Türkiyə, İsrail və bir sıra ölkələr də bunu edir”.