Səhiyyənin inkişafı ilə bağlı atılan addımlar həm paytaxtı, həm də regionları əhatə edir – Yazgül Abdiyevabackend

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair ictimai müzakirə keçirilib.

“Yeni Gundem” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvləri Azər Allahverənov və Zaur İbrahimov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirov, Hüquq departamentinin rəhbəri Pərvin Cabbarlı, “Sağlamlığın Qorunması” İB-nin sədri, t.ü.f.d. Yazgül Abdıyeva və digər QHT rəhbərləri iştirak edib.
Tədbiri giriş nitqi ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva açıb.

Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı QHT- lərin sualları TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov tərəfində cavablandırılıb.

“Sağlamlığın Qorunması” İB-nin sədri, t.ü.f.d. Yazgül Abdıyeva səhiyyəmizin inkişaf tendensiyası, müasir tələblərə cavab verən tibb müəssisələrinin yaradıldığı, əhalinin sağlamlığının qorunmasına xidmət edən tədbirlərin görüldüyünü qeyd etdi. Vurğuladı ki, səhiyyənin inkişafı ilə bağlı atılan addımlar həm paytaxtı, həm də regionları əhatə edir. Bununla yanaşı, regionlarda kadr çatışmazlığı olduğu diqqətə çatdırılıb.

Yazgül Abdıyeva ilkin tibbi yardıma aid təlimləri respublika üzrə sadəcə tibb müəssisələrində deyil, qeyri-tibb sahəsində də təmin olunmasını təklif edib. Bu da insanların səhiyyə xidmətlərinə əlçatanlılığının təmin olunmasına dəstək verəcək.