“Heç zaman ailə qurmağı arzulamamışam. Bundan sonra da istəmirəm. Yaşım 40-a yaxınlaşır. Artıq Səidə kimi formalaşmışam. Bundan sonra hansısa bir kişinin nazını çək, paltarını yu, ona bax… Mənə desin ki, onu, bunu etmə. Bacarmaram, mənlik deyil. Bundan sonra məni kim dəyişə bilər ki?”
“Yeni Gündəm” xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “MTV Maqazin”ə müsahibəsində deyib. Sənətçi övladlığa uşaq götürmək istədiyini bildirib:
“Ana olmaq istəmirəm və bunun arzusunda da deyiləm. Bu dünyaya övlad gətirmək istəmirəm. Ən böyük arzumdur, böyük yerim olsun və 5-dən çox uşaq övladlığa götürüm, onlara mənəvi ana olum. Təhsil verim və üzərlərində zəhmətim, əməyim olsun”.
Axşam.az