Şəki bələdiyyəsində yığılıb qalmış borcları kim ödəyəcək? -Əvvəlki qayda ilə işləmək isə …..backend

Yanvarın 29-da keçiriləcək Şəkidə 17 bələdiyyə uğurunda mubarizə aparılacaq. İlk seckilər zamanı Şəki rayonunda  66 bələdiyyə formalaşdırılsa da, sonradan bu rəqəm 40-dək azaldıldı.

Bu seçkidə həm də Şəki şəhər bələdiyyəsinə Çeşməli bələdiyyəsi birləşdiriləcək.

“Yeni Gundem” xəbər verir ki, 2019-cu il  seckilərindən sonra isə Qoxmuq, Kiş  və  Şorsu bələdiyyələri tərəfindən müəyyən mənada fəaliyyətləri barəsində məlumatlar paylaşılırdı. Lakin öncə ki, illərdə fəaliyyəti ilə nümunvi bələdiyyələr sırasında ola bilməyən Şəki bələdiyyəsi son beş ərzində həyata keçirdiyi layihələr barəsində məlumatlar konkret olaraq ictimailəşdirilmir. Baxmayaraq ki, Şəki bələdiyyələrinin büdcə daxilolmalarının həcmi gizlədilir. Lakin vətəndaşlardan yığılan ödənişlər hansı məqsədlər üçün xərcləndiyi açıqlanmır.

Bu gün, digər rayonlarda olduğu kimi, Şəki bələdiyyələrində də ötən illərdən yığılıb qalmış DSMF borcları, mülkiyyətə əmlakın və torpağın verilməsində ciddi problemlər yaşanmaqdadır.

Düşünmək olar ki, borclanan bələdiyyələr və daxili intriqalar yaradanlar bu seçkilərdə  heç də lazımi nəticə əldə edə bilməyəcək. Şəki bələdiyyəsi sədri Allahverdiyev Mayis seçkilərdə məğlub olacağını bildiyi halda manipulyasiya etməyə davam edir. Belə ki, yaxın ətrafına artıq razılaşma olub deyə bildirir.  Bu nə qədər doğru məlumat olmasına isə yanvarın 29-da seçkilərdən sonra bilinəcək.

Araşdırmalarımız nəticəsində məlumatda bildirilir ki, yeni formalaşacaq bələdiyyələr əvvəlki qayda ilə çalışmalarına izin verilməyəcək.

Şəki bələdiyyəsi ilə əlaqə yaratmaq mümkün olmadı. Qarşı tərəfində mövqeyidi dərc etməyə hazırıq.XALQ.AZ