Səkinə Sadıxovaya yüksək vəzifə verildibackend

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov özünə yeni müşavir təyin edib.

“Yeni Gundem” unikal-a istinadla xəbər verir ki, bununla bağlı Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, müşavir vəzifəsinə Səkinə Sadıxova təyinat alıb.

Qeyd edək ki, S.Sadıxova Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, 2023-cü ilin dekabr ayında işdən çıxarılmışdı.