Seks turizmi üçün 10 ən əlverişli ölkə-“Ən ucuz və ən baha”backend
Dünyanın bəzi ölkələrində hökumətlər seks turizminə “yaşıl işıq” yandırır. Seks işçiliyinə maneəçilik yaratmayam hökumətlər hər il milyonlarla turistin ölkələrinə gəlməsinə nail olur.
”Yeni Gündəm” bildirir ki, artıq bəzi ölkələr sex turizmi sahəsi üzrə məşhurlaşıb. Həmin ölkələrin bəziləri haqqında məlumatı təqdim edirik.
Tayland:
Bu ölkə hələ də ən yaxşı “seks turizmi” ölkələrindən biri etiketini qoruyub saxlayır. Ölkənin əsas turist şəhərləri Pattaya, Banqkok, Phuterdir. Gecələr şəhərlərin əsas küçələrində və barlarda seks xidməti təklif edən qızları tapmaq olur. Patta Taylandın və dünyanın seks paytaxtı kimi tanınır. Şəhərdə 30 000-dən çox seks işçisi var və onların 10 000-i yalnız turistlərin xidmətindədir.
Braziliya:
Braziliya seks turizmi üçün ideal ölkələrdən hesab edilir. Burada çoxlu sayda məşhur fahişəxanalar fəaliyyət göstərir. Cənubi Amerikaın ən böyük ölkəsində seks turizmi getdikcə populyarlaşır və burada yalnız yerli xalqın nümayəndələri yox, həm də çoxlu sayda əcnəbi xidmət göstərir. Braziliyada 2000-ci ildən bu sahə leqallaşdırılıb. Xüsusilə Natal, Fortaleza və Joao Pessoa turizmin bu növünün inkişaf etdiyi şəhərlərdir. Ancaq Rio və Sao Paulo kimi meqa şəhərlərdə də seks turizmi yayılıb.
Filippin:
Filippin bir çoxları tərəfindən xarici seks turistləri üçün cənnət sayılır. Burada böyük şəhərlərdən başqa, Anceles seks turistləri üçün populyard yerdir. Ölkənin dənizkənarı Pagsanjan, Laquna və ya Boracay kimi kurort əraziləri turistlərin diqqətini cəlb edir. Filippində ilk dəfə gələnlərə Manilladakı P Burqos küçəsində qalmaq tövsiyə edilir. Bura ən təhlükəsiz və turistlər üçün ən əlverişli yerdir.
Kamboca:
Kambocaya gələnlər Siem Reap və Phnom Penh kimi şəhərlərə səyahət etməklə bar və klublarda seks işçilərini axtarırlar. Son vaxtlar seks işçiliyi ilə məşğul olmaq üçün Kambocaya gedən turistlərin artmasına baxmayaraq, müştərilərin əksəriyyəti hələ də yerli sakinlərdir.
İspaniya:
İspaniyanın əyləncə şəhərləri məşhur seks turizmi məkanlarına çevrilib. Barselonada qırmızı işıqlı rayon Las Ramblas ən çox gecələr nəzərə çarpır. Madriddə Gran Via fahişələr üçün mərkəzdir.İndi İspaniya dünyanın ən böyük seks işçisi ölkələrindən Tailand və Braziliyadan sonra üçüncü yerə yüksəlib.
Latviya:
Latviya bu sahədə inkişaf edən ölkələrdəndir. Paytaxt Riqa məşhur macəra və gecə həyatı məkanı kimi inkişaf edir. Hostes barları, striptiz klubları, ucuz xidmətlər seks turizmini inkişaf etdirir. Bir çox Şimali Avropalı turistlər, xüsusən də gənclər, burada daha aşağı qiymətə xidmətlərdən istifadə edir.
Qambiya:

Qambiyada turizm mühüm iqtisadi rol oynayır. Hər il Qambiyaya əsasən Böyük Britaniya və Hollandiyadan 150 000 turist gəlir. Qambiya çimərliklərində bir çox avropalı turist “sevgilisini” tapmağa gəlir. Onlar bunu “bumsters” ilə tapırlar. Bu termin ümumiyyətlə turistlərə öz xidmətlərini təklif etmək istəyən bütün yerlilərə aiddir.

Seneqal:
Seneqalın cazibədarlığı ilə dolu dənizkənarı kurort ərazisi olan Salinin çimərlikləri seks turizminə maraq göstərənlərin üz tutduğu məkanlardandır. Bu yer cinsi məqsədlər üçün partnyorlarla görüşmək imkanları ilə tanınır. Salidə seks turizmi üçün gələn çoxlu avropalı tapa bilərsiniz.
Almaniya:
Fahişəliyin qanuni olduğu Almaniyada saysız-hesabsız kiçik əxlaqsızlıq yuvalarından tutmuş ən böyük fahişəxanalarına qədər ən əlverişli ölkələrdən biridir.
Niderland:
Niderlandın Amsterdam şəhəri Qırmızı Fənər küçəsi ilə məşhurdur. Bura xarici turistlərin müraciət etdiyi əsas məkanlardan biridir.