Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraqdar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib.
“Yeni Gündəm” xəbər verir ki, uçuşlar paytaxt səması ilə yanaşı Xəzər buxtasını da əhatə edib.
Uçuş “Teknofest-2022” festivalına hazırlıq çərçivəsində baş tutub.