Səməd Seyidov: ABŞ özü-özünü regiondan təcrid edəcəkbackend

ABŞ özü-özünü regiondan təcrid edəcək.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Deputat bildirib ki, bizə qarşı iki cəbhədə müharibə aparılır: “Cəbhələrdən biri birbaşa təcavüzlə məşğul olan cinayətkarlardır. Biz onlara biz qalib gəldik. İkinci cəbhədə bizim gələcək baxışlarımıza təcavüz edilir: “1992-ci ildə 907-ci düzəlişin qəbulu da bu qəbildəndir. Çox təəssüflər olsun ki, Qərb Azərbaycan həqiqətlərini görmək istəmədi. İşğala məruz qalan Azərbaycan təzyiqlərə məruz qalırdı, işğalçı Ermənistan isə heç bir təzyiqə məruz qalmırdı. ABŞ üçün qırmızı xətt Azərbaycanın tam şəkildə öz ərazisinə nəzarət etməsi idi. ABŞ Senatında S-3000 adı altında bir akt qəbul olunub, çünki faktiki Ermənistanın müdafiəsi aktı öz içərisində Azərbaycanı sanksiyalar altına almağı əks etdirir. Ermənistanın müdafiəsi Azərbaycanı sanksiyalar altına almaqdan keçirmiş. Faktiki bu, ikili standartları yenidən tətbiq etmək deməkdir. Senatda qəbul edilən bu sənəd Nümayəndələr Palatasında da qəbul edilməli, sonda Bayden bu sənədi təsdiq etməlidir. Əgər Bayden bu sənədi imzalasa, Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərbə dəyəcək. Zərbə bu dəfə ABŞ-ın özünə dəyəcək. Bu dəfə ABŞ Azərbaycanın enerji təhlükəsizliyində rolundan kənarda qalacaq. Faktiki ABŞ bu sənədi qəbul edəndən sonra özü-özünü regiondan təcrid edəcək”./APA