Səmədzadə 3 küsülü məşhuru bir araya gətirdi – Fotolarbackend

Şou-biznesin üç küsülü məşhuru- Xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova və müğənni Günay İbrahimli bir araya gəlib.

“Yeni Gündəm” xəbər verir ki, onlar Xalq artisti Aygün Səmədzadənin koronavirusla mübarizəyə həsr olunmuş layihəsində yer alıb.

Uzun müddət bundan əvvəl Dadaşova ilə münasibətlərinə nöqtə qoyan Aygün və Günay eyni gün kamera qarşısına keçiblər.

Azərbaycan Dövlət Musiqili Teatrında baş tutan çəkilişlərdə sənətçilər üz-üzə gəlməməyə çalışıblar.

Qeyd edək ki, sözügedən sənətçilərlə yanaşı ekran işində Rast qrupu, Zamiq Hüseynov və bir neçə sənətçi də iştirak edib.