Səmra: “Allah heç kimin ağlını almasın”backend

Müğənni Səmra Rəhimli maşınına hücum edən şəxs barədə açıqlama yayıb.

O, instaqramda sual-cavab zamanı bu haqda danışıb.

Səmra bir izləyicisinin “niyə maşınını o hala salanları paylaşmırsan ki, hamı tanısın” sualına bu cavabı verib:

“Nəyi paylaşım? Polisə şikayət etdim, sağolsunlar tez tapdılar. Lazım olan hər şeyi qanuni yol ilə həll etdik. Bircə onu demək istəyirəm ki, narkotikdən uzaq olun. Allah heç kimin ağlını almasın və belə əməllər etməyə vadar etməsin”.

Qeyd edək ki, martin 2-də sənətçiyə məxsus avtomobilin pəncərəsini sındırılmış, dəyərli əşyaları götürülmüşdü. Bir neçə gün əvvəl ifaçının maşınını qarət etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona 3 ay həbs cəzası verilib.Olay.az