“Aparıcılarımız müğənnilərə, efirinə dəvət etdiyi sənətkarlara qarşı diqqətli olmalıdırlar. Bəzən görürsünüz ki, səni efirə dəvət edirlər, sən mahnı oxuyursan, aparıcı öz işindədir. Ya söhbət edir, ya da ki, müğənniyə qarşı diqqətsizlik göstərir. Bu müğənninin də gözündən yayınmır. Müğənni artıq sınır. Əlbəttə ki, müğənniyə də xoş təsir bağışlamır. Sən məni evinə çağırmısan, mənə hörmətsizlik edirsən”.
”Yeni Gundem” xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Nadir Qafarzadə deyib.
“Efirdə pis şeyləri təbliğ edən müğənnilər dəbə minir. Kimdə nə yoxdursa, ondan danışır. Onları söysələr belə dünüşürlər ki, gündəmdə olaq. Onlar üçün antireklamın özü də reklamdır. Bunların bir evdə ağsaqqalı, ağbirçəyi, öyüd-nəsihət verəni yoxdur?! Biz istər-istəməz onları görürük, gözümüzə girirlər. Onların badına biz də gedirik. Düzdür, tamaşaçı hamını çox yaxşı tanıyır. Bəzən özüm haqda mənfi rəylərə cavab da verirəm. Götürüb o adama yazıram ki, “sən məni tanımırsan, mənim haqda nə fikir bildirə bilərsən?”. Bəzən günahı özümüzdə də axtarmalıyıq. Niyə biz hamıdan incik düşürük? Bəlkə bu problem bizim özümüzdədir? Kimisə ittiham edirik ki, günah səndədir. Bəlkə, elə günah mənim özümdədir. Bizdə bu yoxdur, heç vaxt günahı, problemi özümüzdə axtarmırıq” , – sənətçi bildirib.