“Səndən çox şey öyrənirəm” – İradə İbrahimovabackend

Müğənni İradə İbrahimova sosial media hesabında ailəsi ilə olan fotolarını yayımlayıb.

Axşam.az xəbər verir ki, ifaşı oğlu Əlini doğum günü münasibəti ilə təbrik edib. O, övladının 8 yaşı tamam olduğunu vurğulayıb: “Ana-ata olmaq təkrar doğulub övladı ilə böyümək deməkmiş. İngilis şairinin “Uşaq insanın atasıdır!” sözləri gəldi ağlıma. İnsanı düzəldən, emal edən, var olmağının təməlidir uşaqlıq. Bəlkə biz onlardan çox yaşadığımız üçün bir az çox bilirik, amma onların həyatı bizdən daha yaxşı bildiklərini düşünürəm. Bütün övladlarımız üçün duam yaxşılarla qarşılaşsınlar ki, içlərindəki yaxşını çoxaltsınlar. Yolları, bəxtləri açıq olsun. Əli, oğlum, səndən də çox şey öyrənirəm. Sizlərə layiq olmaq nəsib olsun”.

Qeyd edək ki, İradə Türkiyə vətəndaşı Ceyhun İzerlə ailəlidir. Cütlüyün İpək adlı qızı da var.