Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020 oyunları zamanı Bakıda komandasının məşqi zamanı futbolçular Halil Dervişoğlu və Enes Ünal arasındakı davadan danışıb.
“Yeni Gündəm” xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında hadisə barədə sualı cavablandırarkən bunları deyib:
“Bu hadisə ikitərəfli məşq zamanı oldu. Halil Enesə “heç ötürmə vermirsən” dedi, Ünal da ona cavab olaraq bildirdi ki, belə danışmasın. Sonra məsələ böyüdü və bir-birlərinin üstünə getdilər. Digər futbolçular onları ayırdı. Mən millidə elə davalar görmüşəm ki…Sonra həmin komanda uğur qazanıb”.