SEPAH komandanı helikopterin qəzaya uğradığı yerə getdibackend

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-leytenant Hüseyn Səlami İslam Respublikası prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi əraziyə yollanıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, Səlamidən əlavə SEPAH-ın bir neçə yüksək rütbəli zabiti də qəza yerinə gedib. Onların axtarış prosesini sürətləndirmək üçün yerindəcə əmr verəcəkləri qeyd edilir.

Xatırladaq ki, bundan öncə SEPAH-ın İranın Şərqi Azərbaycan əyalətindəki komandanı general Əsgər Abbas Qalizadə İran liderinin olduğu helikopterin qəzaya uğramasının dəqiq yerinin müəyyən edildiyinə aydınlıq gətirib. O, axtarış-xilasetmə əməliyyatında iştirak edən hər kəsin çətin eniş sahəsinə getdiyini və “insanlara xoş xəbər çatdıracağına” ümid etdiyini bildirib.