DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsində daha 3 qrupda mübarizəyə yekun vurulub.
“Yenigundem” xəbər verir ki, D, G və I qrupunda 9 oyun keçirilib.
Serbiya və İslandiya milliləri son matçda qazandıqları qələbə sayəsində qrupda liderliyi təmin ediblər və dünya çempionatına vəsiqə qazanan növbəti komandalar olublar.
Xorvatiya və İrlandiya isə pley-offa yüksəliblər. G qrupundakı İtaliyanın isə daha öncədən pley-offda oynayacağı dəqiqləşmişdi.
Ukrayna və Uels isə son matçda məğlub olaraq mundiala getmək şansını itiriblər.
Nəticələri təqdim edirik:
D qrupu
Serbiya – Gürcüstan – 1:0
Qol: Qudely, 74
Uels – İrlandiya – 0:1
Qol: Maklin, 57
Moldova – Avstriya – 0:1
Qol: Şaub, 69
G qrupu
Makedoniya – Lixtenşteyn – 4:0
Qollar: Musliu, 36, Traxkovski, 38, Bardi, 66, Ademi, 68
İsrail – İspaniya – 0:1
Qollar: İllaramendi, 76
Albaniya – İtaliya – 0:1
Qol: Kandreva, 73
I qrupu
Finlandiya – Türkiyə – 2:2
Qollar: Arajuri, 76, Pohjanpalo, 88 – Cenk Tosun, 57, 83
İslandiya – Kosovo – 2:0
Qollar: Siqurdsson, 40, Qudmundsson, 68
Ukrayna – Xorvatiya – 0:2
Qollar: Kramariç, 62, 70