Türkiyəli müğənni və bəstəkar Sərtar Ortaç haqda film çəkiləcək.
“Yeni Gundem” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib.
“1992-ci ildən bəri həyatımın senarisini yazacağam, prodüser Mehmet Yıldırım isə filmini çəkəcək”, deyə o, bildirib.
Sənətçi filmin adı haqda heç bir açıqlama verməyib.