Sərhəd-buraxılış məntəqəsi Azərbaycana hansı üstünlükləri verəcək? – “Rusiya sülhməramlıların fəaliyyəti sual altındadır”backend

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə necə təsir edəcək?

Azərbaycana hansı üstünlükləri verəcək?

Biz nəyə nail olduq?

“Yeni Gundem” –in suallarını Politoloq Tural İsmayılov cavablandırdı.

T.İsmayılov açıqladı ki, bu gün yaradılan sərhəd-buraxılış məntəqəsi onu deməyə əsas verir ki, Azərbaycan hissə-hissə öz suveren ərazilərində qanuni hüquqlarını yüksək səviyyədə bərpa edir.

O bildirdi ki, Laçın yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi rus sülhməramlılarının Azərbaycan ərazisindəki gələcək fəaliyyətini sual altında qoyur.

“Azərbaycan digər ölkələrin daxilində sərhəd-buraxılış məntəqəsi quraşdırılma faktına qarışmır, digər dövlətlərin də Azərbaycanın öz ərazisində sərhəd-buraxılış məntəqəsi quraşdırmağına qarşıma haqqı əsla olmamalıdır. Azərbaycanın öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsi quraşdıracağı ilə bağlı proqnozlarımızı aylar əvvəl qeyd etmişdik. Bu, çox labüd məsələ idi. Nəzərə almaq lazımdır ki, beynəlxalq hüquq kontekstində də hər hansı bir dövlətin öz ərazilərində sərhəd-buraxılış məntəqəsi quraşdırmaq onun müstəsna hüquqlarından biridir. Azərbaycan başqa ölkələrin daxilində sərhəd-buraxılış məntəqəsi quraşdırılması faktına qarışmır, digər dövlətlərin də Azərbaycanın öz ərazisində sərhəd-buraxılış məntəqəsi quraşdırmağına qarışmaq haqqı əsla olmamalıdır. Bu baxımdan hesab etmək lazımdır ki, sərhəd buraxılış məntəqəsinin qurulması bizim növbəti qələbələrimizdən biridir. Azərbaycan hissə-hissə öz suveren ərazilərində qanuni hüquqlarını yüksək səviyyədə bərpa etmiş olur. Nəzərə almaq lazımdır ki, Azərbaycanın, özəlliklə son dövrlərdə Ermənistan, həm də Xankəndi və ətrafında müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarına xəbərdarlıqlarına baxmayaraq, Ermənistandan Azərbaycan ərazilərinə qanunsuz silah-sursat daşınması prosesi sürətlə davam etdirdi və bizim bütün bu xəbərdarlıqlarımızı qulaqardına vurulması məsələnin bu həddə gəlib çatmağı ilə nəticələndi. Mən hesab edirəm ki, bizim tarixi nailiyyətlərimizdən biridir. Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin bəzi qanunsuz fəaliyyətindən də bəhs edən siyasi şərhçi sülhməramlıların bu fəaliyyətlərin onların Azərbaycan ərazisindəki gələcək fəaliyyətini sual altında qoyur”,-deyə o qeyd edib.