“Seriallardakı aktyorlara yazığım gəlir” – Xalq artistibackend

“Qızım müğənni olmaq istəyirdi. Sonra gördüm ki, oxuduqca cırıldayır. Dedim, olmaz, oxuma. Aktrisa olmasını isə mən istəmədim”. Lent.az-ın xəbərinə görə, bu fikirləri Xalq artisti Naibə Allahverdiyeva efirdə səsləndirib.

O, qızının aktrisa olmasına narazılıq etməsinin səbəbindən danışıb:

“Aktrisanın şansı olmalıdır. Mən istədiyim rolları oynamadım. Aktrisa kimi lazımi qədər istifadə olunmadım. İndi filmə çəkilmək üçün dostların, ətrafın olmalıdır. İndi rejissorlar elə peşəkar da deyillər. Seriallardakı aktyorlara yazığım gəlir”.