“Şərurlu İsfəndiyar”a bağlı olan qalmaqallı “HALİS” MMC məhkəməyə verildibackend

2019-cü ildən “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı, “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun şirkətinə birləşdirilən “HALİS” MMC və “HALİS 2022” MMC ilə bağlı məhkəməyə müraciət edənlər durmadan artır.

”Yeni Gundem” xəbər verir ki, Abşeron Rayon Məhkəməsində təkcə gələn ay 4 belə şikayətə baxılacaq. Belə ki, “HALİS” MMC və “HALİS 2022” MMC ilə bağlı məhkəmədə iddianı İbrahimxəlilova Zərifə Akif qızı, İsmayıl Dilarə Əlif qızı, Muradov Adıgözəl Qardaş oğlu və Xalıqov Cahangir İsabala oğludur.
Hər dörd işin mahiyyəti mənzil mübahisəsi və mükiyyət hüququ ilə bağlıdır.
Ayrı-ayrı şəxslər tərəfindən edilən şikayət əsasında başladılan prosesə 27 iyun tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Habil Əhmədovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, yerli mediada “HASİL” MMC-nin adı dəfələrlə mənzil alıb aldatmaq məsələsində hallanıb.