“Şərurlu İsfəndiyar”la bağlılığı olan qalmaqallı “Hasil” MMC məhkəməyə verildi – Bu iki şəxs tərəfindən…backend

 “HASİL” MMC məhkəməyə verilib. 

32gun.az xəbər verir ki, UMUDOV CAVİD MAARİF OĞLU  sözügedən şirkətlə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət edib.

Hakim Mirnəsir Mirhəsənlinin sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələr – Yaşayış sahəsi üzrədir.

SEYİDOVA İLHAMƏ BABULLA QIZI adı şəxs də həmin şirkətlə bağlı eyni səbəbdən Abşeron Rayon Məhkəməsinə müraciət edib.

Bildirək ki,  “Hasil” MMC-nin direktoru Əfqan Lətif oğlu Zeynalov, nizamnamə kapitalı isə 10 AZN-dir.

Xatırladaq ki, yerli mediada  “HASİL” MMC-nin bir neçə dəfə adı mənzil alıb aldatmaq məsələsində hallanıb. Məlumatlarda həmin şirkətin 2019-cü ildə   “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı, “Şərur” MTK-nın sədri İsfəndiyar Axundovun şirkətinə birləşdirildiyi bildirilir.