Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə bir gündə 11 dəfə zəng edən şəxs həbs edilib. “Qaynarinfo”nun məlumatına görə, aparılan araşdırma zamanı müəyyənləşdirilib ki, 1975-cı il tarixdə Laçın rayonunda doğulmuş D.M. hadisəni içkili halda törədib.
Belə ki, Kürdəmir şəhəri, Yeni Qəsəbə ünvanında yaşayan D.M. spirtli içki qəbul edib və saat 13 radələrindən başlayaraq 11 dəfə DİN-in “102” xidmətinə zəng vurub. Daha sonra yaşadığı ünvanda həyətə çıxaraq söyüş söyməyə başlayıb.
Məhkəmənin qərarı ilə, D.M. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5 gün müddətinə inzibati həbs edilib.