Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Paris Saint-Germain-in hücumçusu Lionel Messiyə illik 400 milyon avro maaşla müqavilə ilə bağlı rəsmi təklif göndərib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.
Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun nümayəndələri argentinalı ilə rəsmi əlaqə saxlayıb və ona illik 400 milyon avro maaş təklif ediblər. Eyni zamanda, forvard özü də Avropada qalmaq niyyətindədir.
Onun PSJ ilə müqaviləsi 2023-cü ilin iyununa qədərdir. Mətbuat dünya çempionunun MLS klublarından birinə keçə biləcəyi haqda xəbərlər yayıb.
Xatırladaq ki, argentinalı Kriştiano Ronaldonun əzəli rəqibi Səudiyyə Ərəbistanında çıxış edir. Müqaviləyə əsasən, o, ildə 200 milyon avro alır.
Elnurə