Səyahət edən namələr” adlı beynəlxalq sərgi keçirildibackend

Naxçıvan Muxtar Respublikası B. Kəngərli adına Sərgi Salonunda Naxçıvanın 100 illik muxtariyyəti və Yaşıl Dünya naminə həmrəylik ilinə Naxçıvan Rəssamlar Birliyinin və Rus Evinin birgə “Səyahət edən namələr” adlı beynəlxalq sərgisi açılıb.

”Yeni Gundem” Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın çıxışınl təqdim edir.


Çox hörmətli sərgi iştirakçıları!

Dəyərli qonaqlar, dostlar, media nümayəndələri!

Bildiyiniz kimi bu il Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması haqqında” imzaladığı Sərəncam müstəqil və qalib ölkəmizin müasir tarixində əhəmiyyətli hadisə kimi şərh edilir.
Ulu Öndər Heydər Əliyev deyirdi : “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq”. Bu gün ölkə rəhbərinin Sərəncamına əsasən ölkəmizin demək olar ki, əksər regionlarında Naxçıvan Muxtariyyətinin 100 illiyi qeyd olunur. Biz Rəssamlar Birliyi olaraq artıq sayca10-cu tədbirimizi keçiririk. Bu sərgi daxil olmaqla 3 Beynəlxalq sərgimiz də, böyük maraq doğurub.
Həmçinin bu il Yaşıl dünya naminə həmrəylik ili də elan olunduğundan, biz bəzi sərgilərimizi, tematikaya uyğun keçirmişik.

Bu gün bizim daha bir maraqlı və bu ilin sonuncu sərgisi “Köçəri Namələr” adlı Gələcək Nəsillərə mistik, şəkilli mesajlarımızı sizə təqdim edəcəyik.

Namə – qədim məktubdur, içində keçmişdən gələcəyə ünvanlanmış sirlər, düşüncələr və mesajlar daşıyır. Bu gün isə dünya rəssamları və sənət adamları öz namələrini sülh, sevgi, əmin-amanlıq və dostluğun hökm sürdüyü təmiz, azad bir dünya üçün ünvanlamaq istəyirlər. Məqsəd – bu mesajları incəsənətin dili ilə dünyaya çatdırmaqdır.

“Köçəri Namələr” beynəlxalq incəsənət layihəsi Tatarıstandan olan rəssam və layihə kuratoru Alfiya İlyasova Sargin və Yakutiyadan olan rəssam Natalya Nikolaevnanın təşəbbüsü ilə həyata keçirilmişdir. 2006-cı ildə Moskva Millətlər Evində, III Etnik Festival çərçivəsində başlayan bu layihə bir yerdən digərinə köçərək müxtəlif xalqlar arasında mədəni körpülər yaratmış və hər yerdə yeni mənalar qazanmışdır.

Namələr: Rəssamların Səssiz Mesajlarıdır.
Bu gün buna bənzər, lakin fərqli interpretasiyada olan daş üzərində stilistik və semiotik, lakin məlumat daşıyan qədim insan məskənlərini göstərmək olar. Qobustan-Gımiqaya və dünyada bunlara bənzər məkanları. Onlar bu gün də tədqiq olunmaqdadır.
Layihənin ən önəmli tərəfi hər bir namənin sadəcə bir məktub deyil, rəssamların dünyagörüşünü, daxili düşüncələrini və arzularını əks etdirən mesajlar olmasıdır. Bu məktublar sənətin dili ilə gələcək nəsillərə çatdırılan sülh çağırışlarıdır, köklərimizi unutmamaq çağırışlarıdır və nə qədər bənzər olduğumuzu xatırladan çağırışlarıdır.

Layihənin coğrafiyası olduqca genişdir: Tatarıstan, Yakutiya, Başqırdıstan, Çuvaşiya, Mordoviya, Udmurtiya, Komi, Moldova (Qaqauziya), Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Azərbaycan. Bu ölkələrin rəssamları “namə”lər mübadiləsi edərək bir-birinə bağlanmış, ortaq dəyərlər ətrafında həmrəylik nümayiş etdirmişlər. Azərbaycanda layihənin kuratoru mənəm (Ülviyyə Həmzəyeva). Sərgi ilk dəfə Bakıda, “Rus Evi”ndə tamaşaçılardan böyük rəğbət qazanmışdır.

Bu gün burada İncəsənətin Gücü və Birliyə Çağırış nümayiş olunur!
Bu çoxmərhələli layihə çərçivəsində illər ərzində 300-dən çox əsər təqdim olunub, 153-dən çox peşəkar rəssam iştirak edib. Layihəyə uşaq incəsənət məktəbləri, kollektiv studiyalar və həvəskar rəssamlar da öz töhfələrini vermişlər. Bu gün isə layihə “Yaşıl dünya naminə həmrəy olaq” şüarı ilə yeni bir mərhələyə qədəm qoymuşdur.

Bu gün isə Naxçıvana Səyahət: Mədəniyyətin Böyük İpək Yolu üzərində olduğunun bir göstəricisidir.
Bu il qeyd etdiyim kimi “Köçəri Namələr” sərgisi Azərbaycanda “Rus Evi”nin dəstəyi ilə təşkil olunmuş və qədim İpək Yolu üzərində yerləşən, tarixi 5000 ildən çox olan Naxçıvana səfər etmişdir. 100 illik muxtariyyəti qeyd olunan Naxçıvan, bu mənalı layihənin yeni ünvanına çevrilmişdir. Buradan bütün diyarımızı qarış-qarış səyahət edərək başqa ölkələrə, başqa mədəniyyətlərə öz mesajını çatdırmaq üçün yola düşəcəkdir.

Namələrdə gələcəyə məsajlar-göndərişlər davam edir…
“Köçəri Namələr” layihəsi incəsənətin sərhədsiz gücünü bir daha sübut edir: dünyanı daha gözəl və yaşanılası etmək üçün sülh, sevgi və ümid dolu mesajlar daşıyan bu namələr hər bir coğrafiyaya ayaq basaraq insanları bir-birinə bağlayır. Hər rəssamın əsəri – bir ümid, hər məktub – bir çağırışdır. Layihə öz səyahətinə davam edir və bu mesajların hər kəsə çatacağına ümid edir.
Bu mesajları özündə bu il Azərbaycanımızda keçirilən COP29 -n uğurlu təşkilini və yüksək səviyyədə keçirilməsini qeyd etməmək olmaz. Mən Ölkə Rəhbərimizi, xalqımızı bir daha təbrik edir, qlobal iqlim gündəliyinin irəli aparılması baxımından çox önəmli tədbirin yüksək səviyyədə keçirilməsini dövlətimizin qüdrətini bir qdaha təsdiq etmiş olan önəmini dilə gətirirəm.

Mən Naxçıvanda Türkiyə Cumhuriyyətinin Baş konsulu Asip Kayaya iştirakları üçün təşəkkür edir, bir çox sahələrdə olduğu kimi, qardaş ölkə ilə birgə terrorun hər formasına qarşı birgə mübarizəmizdə həmrəyliyimizi xususi vurğulamaq istəyirəm. Bura ekosid və urbisid də daxildir.

Qeyd edim ki, keçən il Ulu öndər Heydər Əliyevin 100 illiyi və Türkiyə Cumhuriyyətinin yaranması100 illiyi də Naxçıvan Rəssamlar Birliyi və Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı tərəfindən birgə yüksək səviyyədə qeyd olundu. Tarixi anlara imza atan Birliyimiz uzun müddət hafizələrdə xatırlanacaqdır. Bu gün Naxçıvanda Türkiyə Cumhuriyyətinin Baş konsulu Asip Kaya da burada iştirak edən və demək olar ki, bütün tədbirlərdə fəal iştirak edən dost ölkənin layiqli təmsilçisi və Naxçıvan Rəssamlar Birliyinin fəxri üzvüdür.

Bu gün, bizimlə birgə, Azərbaycanda Rus Evinin rəhbəri Rusiya idmançısı və siyasətçisi. Dünya və Avropa çempionatlarının mükafatçısı. Rusiyanın əməkdar idman ustası. VII çağırış Rusiya Federasiyası Dövlət Dumasının deputatı. MDB üzrə komitənin üzvü. İrek Xaydaroviç Zennurov da iştirak edir.
Zamanınızı ayırıb, İştirak etdiyiniz üçün , sizə təşəkkür etdiririk hörmətli İrek bəy.

Qeyd etdiyim kimi Rusiya Prezidenti və xalqı Azərbaycan ilə hər zaman mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndirib. Azərbaycan və Rusya həmçnin strateji tərəfdaşlırar və bu hər iki dövlət və xalqlarımız üçün önəmlidir.
Bunun bir göstəricisi də, elə İrek Xaydaroviçin doğulduğu torpağın yetirməsi olan,
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ali mükafatla, Azərbaycanın “Dostluq” ordeni ilə təltifedilmə mərasimi oldu. Bu orden Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanova təqdim edilmişdir.

24 dekabr, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günüdür və bu münasibətlə mən müdrik liderimizi, torpaqlarımızı düşmən tapdağından xilas edən fatehimizi təbrik edir, cansağlığı və bütün gördüyü ali – dövləti işlərində uğurlar arzu edirəm!

Sizləri, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi və yeni il münasibətilə təbrik edir, Sizə və ailələrinizə can sağlığı, firavanlıq və bütün dünyaya sülh və əmin-amanlıq arzu edirəm.

Hər birinizə, dəyərli vaxtınızı sərf edib sərgimizdə iştirak etdiyiniz üçün öz dərin minnətdarlığımı bildirirəm.