Almaniyada yaşayan həmyerlimiz müğənni Seyran İsmayılxanov eyni gündə repertuarına iki yeni bəstə daxil edib.
“Yeni Gündəm” xəbər verir ki, ifaçı mərhum sənətkar Rəşid Behbudovun “Bugün ayın üçüdür” və “Alagöz” mahnısına yeni nəfəs verib.
“Alagöz” adlı mahnıda muğam elementlərindən istifadə olunub. Seyran ifasında bir yerdə muğamda xüsusi ilə istifadə olunan boğazları edib.