“Yeni Gündəm” xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “5-də 5” proqramına qonaq olarkən deyib. Sənətçi dünyanın əksər ölkələrində olduğunu, hətta Hollivud ulduzu Silvester Stallonenin bağına gəzintiyə getdiyini qeyd edib:
“Onun bağına, gəzintiyə getmişdim. Los-Ancelesdə dağın üstündə ancaq müğənnilərin və aktyorların bağı yerləşir. Orada şlaqbaun var, icazəsiz heç kim həmin dağa qalxa bilməz. Onların sənət adamlarında çox böyük birlik var.