Sinan Oğan Ərdoğanın Azərbaycanla bağlı siyasətini hər zaman dəstəklədiyini bildirdibackend

Sinan Oğan Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla bağlı siyasətini hər zaman dəstəklədiyini açıqlayıb.

Bu barədə, o, “CNN Türk”ə müsahibəsində bildirib.

O, R. T. Ərdoğan bununla bağlı mövqeyinin doğru olduğunu vurğulayıb.

Bundan əlavə, S. Oğan, Azərbaycan Prezidenti İlham Əliyevin ona zəng etməsi ilə bağlı iddiaların yalan olduğunu da qeyd edib: “Türkiyə, Azərbaycanın, Azərbaycanda Türkiyənin daxili işlərinə qarışa bilməz”.

Siyasətçi, həmçinin ölkə başçısı Rəcəb Tayyib Ərdoğanı ikinci turda dəstəkləməsi əvəzinə heç bir vəzifə tələbinin olmadığını da vurğulayıb./APA