“Sipark”ı məhkəməyə verdilərbackend

“Sipark” MMC ilə bağlı məhkəməyə müraciət edənlərin sayı artır. Daha bir aldadılmış vətəndaş məhkəməyə üz tutub.

“Yeni Gundem” xəbər verir ki, “Sipark”la bağlı məhkəmədə iddianı Həsənov Azər Qurban oğlu qaldırıb. İşin mahiyyəti mülkiyyət hüququ ilə əlaqədar mübahisədir. İddiaçı “Sipark”dan haqqı olan əmlakı tələb edir.

Nərimanov Rayon Məhkəməsində olan işə 24 iyun tarixinə baxılacaq. İş hakim Mehriban Əfəndizadənin icraatındadır.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.