Siqaret çəkə-çəkə yatan şəxs yanaraq ÖLDÜ – FOTObackend

Moskvanın mərkəzində yaşayış binasında ölümlə nəticələnən yanğın baş verib.

“Yeni Gundem” xəbər verir ki, yanğın yanvarın 23-də axşam saatlarında Protopopovski prospektində yerləşən binanın mənzilində qeydə alınıb.

Məlumata görə, 60 yaşlı kişi evdə yandırdığı siqaretlə yuxuya gedib. Bu isə evdə yanğına səbəb olub. Yanğın nəticəsində mənzil sahibi və iti ölüb. Heyvanın meyiti dəhlizdə tapılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb, prosesin gedişi Meşçanski Rayonlararası Prokurorluğu tərəfindən nəzarətə götürülüb. Moskva prokurorluğunun mətbuat xidməti qeyd edib ki, yanğının səbəbi ekspertlər tərəfindən yanğın-texniki ekspertiza zamanı müəyyən ediləcək.(Lent.az)