Şirkət rəhbəri Xətai Rayon İcra Hakimiyyətindən şikayət etdibackend

Xətai Rayon İcra Hakimiyyəti məhkəməyə verilib.

“Yeni Gundem”-in xəbərinə görə, icra hakimiyyəti ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciəti Yeşil Natalya Stanislavovna edib.

Mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr olan iş hakim Aygün Əhədovanın icraatındadır.

Qeyd: İddiaçı “Nim Kompani” MMC-nin qanuni təmsilçisidir.