Şirkətin yarım milyonunu mənimsəyən qadından xəbər varbackend

“RİCH S.A” MMC-nin yarım milyon manatdan çox pulunu mənimsəmədə təqsirləndirilən Tamilla Əliyevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

“Yeni Gundem”in məlumatına görə, Ali Məhkəmədə keçiriləcək proses iyulun 2-nə təyin edilib.

Şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tamilla Əliyeva 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü mülki iddiaya dair hissəsində dəyişdirilib. Təqsirləndirilən şəxsin mülkiyyətində olan üzərinə həbs qoyulmuş daşınmaz əmlakın hərrac yolu ilə satılmaqla əldə olunan 528 458 manat maddi ziyana və 920 manat mülki iddianın təmin edilməsinə yönəldilməsinə dair müddəalar hökmdən xaric olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı qismən – Tamilla Əliyevanın mülkiyyətində olan üzərinə həbs qoyulan daşınmaz əmlakın üzərinə həbs qoyulması hissəsində ləğv edilib.

Qeyd: Tamilla Əliyeva paytaxtda fəaliyyət göstərən “RİCH S.A” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) baş mühasib vəzifəsində içalıb.
Tamilla Əliyeva şirkətin ümumilikdə 528 458 manat pulunu mənimsəyib. Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.