Şirvanda magistral yol bağlandı
“Yeni Gundem” Şirvandan əlil sahibkar Qurbanxan Dəmirov tərəfindən verilən məlumata görə Yanvarın 6-da saat 20: 00 radələrində Şirvan-Salyan avtomagistral yolunun dəmir yolu altından keçən hissəsində avtoqəza baş verib.
Avtoqəza evakuator sürücüsünün diqqətsizliyi üzündən baş verib. Belə ki, evakuator üzərində apardığı traktorun həcmini nəzərə almadan sözügedən körpüdən keçirməyə cəhd etdiyi zaman köprünün dəmir-beton konstruksiyasına ciddi ziyan dəyib. Zərbə nəticəsində körpüdə çatlar əmələ gəlib. Ən əsası isə avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb.
Təmir-tikinti briqadasanın qəzanın səbəblərini aradan qaldırmağa cəhd etsə də, avtomobillərin hərəkəti bərpa olunmağa çalışıblar.
Məlumatda qeyd olunur ki, polis əməkdaşlarından başqa Şirvanda səlahiyyətli şəxslərin heç biri bu məslə ilə bağlı maraqlnamayıb.
Qeyd edək ki, 2019-cu ildən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovdur.XALQ.AZ