Sitalçay yaxınlığında “Nazlifan” qatarla toqquşubbackend

ADY nəqliyyat vasitələri sürücülərinə çağırış edir:Dəmiryol keçidlərinə yaxınlaşarkən yol nişanlarını diqqətdə saxlayın!

Bu gün saat 07:10 radələrində ADY-yə məxsus elektrovoz Sitalçay yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 75-Vl-639 olan “Nazlifan” markalı avtomobil dəmiryol keçidində qəflətən qatarın yoluna çıxıb.

Toqquşma nəticəsində xəsarət alan olmayıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Xatırladaq ki, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülər 👉𝟏𝟎𝟎 𝐀𝐙𝐍 məbləğində cərimə edilir. #ady #demiryollari