Siyasi partiyalarla bağlı mühüm layihəbackend

Siyasi partiyalar, dini qurumlar tərəfindən daimi arbitraj təşkilatlarının yaradılmasına yol verilməyəcək.

Bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, daimi arbitraj təşkilatı mübahisənin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın

təşkilatı təminatı, o cümlədən arbitrajın təyin olunması, onlara etiraz edilməsi va onların səlahiyyətinə (mandatına) xitam verilməsi məsələlərin həlli, kargüzarlıq, arbitraj

haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkili funksiyalarını həyata keçirir.

Daimi arbitraj təşkilatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri

haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmış və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)

akkreditasiyadan keçmiş qeyri-Kommersiya hüquqi şəxsidir. Dövlət orqanları, bələdiyyələr, dövlət və bələdiyyələrə məxsus hüquqi şəxslər, publik hüquqi şəxslər( bu qanunda qeyd edilənlər nəzərə alınmaqla), siyasi partiyalar, dini qurumlar, Vəkillər Kollegiyası, Notariat Palatası və Mediasiya Şurası tərəfindən daimi arbitraj təşkilatlarının yaradılmasına yol verilməyəcək.

Qanunla müəyyən edilmiş hallarda sahibkarların hüquq va qanuni mənafelərini müdafiə edən publik hüquqi şəxslər tərəfindən daimi arbitraj təşkilatları yaradıla bilər.

Daimi arbitraj təşkilatının adında “arbitraj məhkəməsi” sözlərindən istifadə

edilməsi qadağandır. Daimi arbitraj təşkilatının adı Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin adlarına bənzəməməli və ve səlahiyyətləri ilə əlaqədar mülki dövriyyə iştirakçılarını yanıltmamalı və ya yanılda bilən olmamalıdır.

Daimi arbitraj təşkilatının akkreditasiyası zamanı daimi arbitraj təşkilatının qanunun tələblərinə cavab verən qaydalara və azı 3 (üç) arbitrin daxil olduğu ilkin arbitr

siyahısına malik olması, daimi arbitraj təşkilatının müstəqilliyi, fəaliyyətinin təşkili üçün

müvafiq struktur bölmələrinin, o cümlədən həmin struktur bölmələrinin fəaliyyətini tənzimləyən daxili qaydaların, arbitraj proseslərinin idarə edilməsi üçün insan və maliyyə

resurslarının və zəruri infrastrukturun mövcud olması, işçilərinə münasibətdə etik davranış qaydalarına, fəaliyyətin şəffaflığına və effektiv daxili nəzarətə dair sənədlərin qəbul edilməsi məsələləri qiymətləndirilir.

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Daimi arbitraj təşkilatının qaydalarında həmin təşkilat tərəfindən idarə olunan

mübahisələrin növləri, onun funksiyaları, arbitraj icraatının aparılması qaydası, arbitraj

icraatı zamanı arbitraj məhkəməsinin və daimi arbitraj təşkilatının səlahiyyətləri,

arbitrlərin müstəqilliyinin və qərəzsizliyinin təmin edilməsi üçün tələblər, arbitraj

xərclərinin tərkibi (o cümlədən arbitraj haqqının məbləği və ya onun müəyyən edilməsi)

və onun bölüşdürülməsi, habelə işlərin saxlanması qaydaları və daimi arbitraj təşkilatının funksiyalarına aid digər məsələlər müəyyən edilir.

Bu müddəalar beynəlxalq və ya xarici daimi arbitraj təşkilatlarına tətbiq edilməyəcək.